Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 9 iyun 2023-cü il tarixində Şəmkir Gənclər Evində vətəndaşları qəbul edib
Paylaş:
Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin Şəmkir rayonundakı abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.
Şəmkir, Gədəbəy, Göygöl və Daşkəsən rayon sakinlərinin qəbulu zamanı aliment ödənişi, işlə təmin olunma, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, boşanma nəticəsində yaranan hüquqi problemlərin həlli və digər məsələlər üzrə müraciətlərə baxılıb.
Qəbulda iştirak edən vətəndaşların Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid müraciətləri dinlənilib, bir hissəsi yerindəcə həll edilib, araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb və həlli üçün müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, vətəndaşların qəbulu mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilir.