Şəmkirdə vətəndaş qəbulu keçiriləcək

3 iyun 2023

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 9 iyun 2023-cü il tarixində, saat 10:00-da, Şəmkir rayon Gənclər evində vətandaşları qəbul edəcək.

Qəbulda Şəmkir, Gədəbəy, Göygöl və Daşkəsən rayon sakinlərinin ərizə, müraciət və təkliflərinə baxılacaq.