Komitə tərəfindən “Müasir dövrdə uşaq psixologiyasının problemləri: ailə-məktəb” mövzusunda təlim keçirilmişdir

20 fevral 2015

Paylaş:

Uşaqların cəmiyyətdə sağlam və layiqli vətəndaş olaraq öz yerini tutmasında onların problemlərinin vaxtında aşkar edilməsi və aradan qaldırılması əhəmiyyətli rol oynayır. Bu baxımdan uşaqlarla işləyən psixoloqların peşəkarlığının artırılması olduqca əhəmiyyətlidir. 2014-cü ilin dekabra ayında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi UNİCEF-lə birgə Bakı şəhəri üzrə hər rayondan iş təcrübəsi və peşəkarlığı ilə seçilən təhsil müəssisələrinin psixoloqları  üçün “Müasir dövrdə uşaq psixologiyasının problemləri: ailə-məktəb” mövzusunda təlim keçirilmişdir. Təlim zamanı “Uşaqların intiharı” və “Risk qrupunda olan uşaqlar” mövzusuları ətrafında aktiv müzakirələr aparılmışdır. Təlimin əsas məqsədi təlim keçmiş psixoloqların gələcəkdə müvafiq materiallar üzrə təmsil etdikləri rayonun təhsil müəssisələrinin psixoloqları üçün eyni mövzuda təlimlərin keçirilməsi olmuşdur. Bu istiqamətdə ilk təlimlər 19-20 fevral, 2015-ci il tarixində Binəqədi rayonunda Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə məktəb psixoloqları üçün təşkil edilmişdir. Təlim 2014-cü ilin dekabr ayında təşkil edilən təlimdə öz peşəkarlığı ilə seçilmiş və sertifikat almış Tünzalə Verdiyeva tərəfindən aparılmışdır. Məktəb psixoloqları üçün təlimlərin Bakı şəhərinin hər bir rayonu üzrə keçirilməsi planlaşdırılır.