“Həyatının memarı Sən özünsən” layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirilib

28 aprel 2023

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Səhiyyə Nazirliyi və Elm və Təhsil Nazirliyi ilə birgə “Həyatının memarı Sən özünsən” layihəsi çərçivəsində Bakı şəhəri Nərimanov rayonunda yerləşən 39 saylı və Nizami rayonunda yerləşən 32 saylı tam orta məktəbin müəllim və şagirdlərinin iştirakı ilə maarifləndirici görüşlər keçirilib.

“Sağlam həyat tərzi, yoxsa zərərli vərdişlər? Seçim sizindir” mövzusunda keçirilən görüşlərdə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşı Nailə İbrahimova təqdimatla çıxış edərək, yeniyetmə və gənclərin sağlam nəsil kimi formalaşdırılması istiqamətində Komitə tərəfindən mütəmadi olaraq həyata keçirilən maarifləndirmə tədbirlər, sağlam həyat tərzinin əhəmiyyəti, insan sağlamlığına müsbət təsir edən amillər, sağlam qidalanmanın vacibliyi barədə iştirakçılara geniş məlumat verib.

Daha sonra Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinın həkim-metodisti Ulkər Camalova “Zərərli vərdişlər və narkomaniya ilə mübarizə” adlı təqdimatla çıxış edərək, ziyanlı vərdişlərin, xüsusilə narkotik maddələrin qəbulunun fəsadlarından və insan sağlamlığına göstərdiyi mənfi təsirlərdən danışıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.