Komitə tərəfindən həyata keçirilən ictimai maarifləndirmə tədbirləri davam edir

16 may 2023

Paylaş:

Müxtəlif sahələrdə uşaq və yeniyetmələr arasında mövcud problemlərin aradan qaldırılması məqsədilə AQUPDK tərəfindən həyata keçirilən ictimai maarifləndirmə tədbirləri çərçivəsində “Erkən nikah valideyni cinayətkar edir!”, “Müdafiəsiz uşaqlarının səsi ol. Qaynar xəttə zəng et! 116-111”, “Uşaqlarımız üçün üç hə – Sevgi! Anlayış! Qayğı!”, “Uşaqlara qarşı zorakılıqla mübarizə aparaq! Qaynar xəttə zəng et! 116-111”, “Kiber  zorakılığa son!”, “Kiber cinayət də cinayətdir!”, “Övladının problemlərini dinlə! İntihardan qoru!” və “Uşaq əməyinə - yox! Xoşbəxt uşaqlığa – hə!” mövzusunda  elektron posterdən hazırlanmış videoçarx  “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus Bakı-Sumqayıt-Bakı sürət elektrik qatarlarının, həmçinin Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı sürətli sərnişin qatarlarının daxilindəki monitorlarında cari ilin 19 aprel tarixindən etibarən yayımlanır.