Komitədə “Uşaq müəssisələrinin fəaliyyətində mövcud problemlər və gələcək perspektivlər” mövzusunda görüş keçirilib

2 may 2023

Paylaş:

Görüş Dövlət Komitəsinin sədri Bahar Muradova, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, səhiyyə nazirinin müavini İlqar Qasımov, eyni zamanda Elm və Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və aidiyyəti qurumların digər nümayəndələrinin iştirakı ilə baş tutub.

Müzakirələrdə uşaq müəssisələrində monitorinq işinin gücləndirilməsi ilə bağlı hazırki qaydaların nəzərdən keçirilməsi, baş vermiş neqativ hallarda ekrən müdaxilə, müəssisələrdə çalışan kadrların peşəkarlıq səviyyəsinin artırılması məqsədilə işlərin görülməsi barədə fikir və təkliflər səsləndirilib. Eyni zamanda qurumlararası əlaqənin və sistemli fəaliyyətin gücləndirilməsinin önəmi vurğulanıb, bu istiqamətdə effektiv fəaliyyətin qurulması üçün müvafiq yol xəritəsinin hazırlanmasının vacibliyi qeyd olunub.