Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırım cinayətlərini, erməni vəhşiliyini, işğal zamanı həlak olmuş, ziyan çəkmiş insanlar barədə məlumatların ictimaiyyətə çatdırılması istiqamətində tə
Paylaş:
Bununla bağlı 25 fevral 2015-ci il tarixində Qaradağ rayonu, Heydər Əliyev Mərkəzində məktəblilərin iştirakı ilə tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova açdı. Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin müdiri Cəmilə Bağırova çıxış edərək tədbirin əhəmiyyəti və uşaqlar üçün təşkil edilən təlimin əhəmiyyətindən danışdı.
Komitənin Uşaq Problemləri şöbəsinin əməkdaşı Fərid Ədilov ötən ildə Komitə tərəfindən hazırlanmış, eləcə də müharibə nəticəsində həlak olmuş, itkin düşmüş, valideynlərini itirmiş və əlil olmuş uşaqlar haqqında məlumatları özündə birləşdirən “Uşaqlar müharibənin günahsız qurbanlarıdır” adlı kitabı tədbir iştirakıçılarının diqqətinə çatdıraraq, kitabın Azərbaycan həqiqətlərini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmaq baxımından mühüm əhəmiyyətə malik olduğunu qeyd etdi. Daha sonra Xocalı faciəsini əks etdirən film nümayiş olundu.
Tədbirin ikinci hissəsində məktəblilərə “Uşaq hüquqları: hüquqlarımızı bilək və paylaşaq” mövzusunda təlim keçirildi və mövzu ətrafında aktiv müzakirələr aparıldı. Təlim Azərbaycan Kooperasiya Universitetinin I kurs tələbəsi Elman Aslanov tərəfindən aparılmışdır.