“Ailə. Ailə dəyərləri və ənənələr” mövzusunda maarifləndirici tədbir keçirilib
Paylaş:
20 aprel 2023-cü il tarixində Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində valideyn və müəllimlər üçün “Ailə. Ailə dəyərləri və ənənələr” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdiri Gülnarə Məmmədova tərəfindən iştirakçılara dövlət ailə siyasətinin həyata keçirilməsi, nümunəvi ailələrin təbliği, ailələri narahat edən problemlərin aradan qaldırılması Komitə tərəfindən görülən işlər haqqında geniş məlumat verilib.
Eyni zamanda ailə dəyərləri, milli –mənəvi dəyərlərimizin gənc nəslə aşılanması məqsədilə mövzu ətrafında fikir mübadiləsi aparılıb və “Ailə bir ağacdır “ adlı film nümayiş edilib.