Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecində tədbir keçirilib
Paylaş:
20 aprel 2023-cü il tarixində Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “İnsan alveri və məcburi əməyə YOX deyək!” adlı layihə çərçivəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecində tədbir keçirilib.
Tələbələr üçün təşkil olunmuş tədbirdə Komitənin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov “İnsan alveri və məcburi əmək: özünüzü necə qoruya bilərsiniz” adlı təqdimat ilə çıxış edərək, dövlətin və Komitənin insan alveri ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlər və gənclərin bu problemdən özünü necə qoruya biləcəyi haqqında ətraflı məlumat verib.
Tədbir “Satılmış həyat” filmin nümayişi ilə və müzakirələrlə davam edib.