Dövlət Komitəsi tərəfindən şagird və müəllim heyətinin iştirakı ilə görüş keçirilib

25 aprel 2023

Paylaş:

18 aprel 2023-cü il tarixində Bakı Slavyan Universitetinin Məktəb Lisey Kompleksində  şagird  və müəllim heyətinin iştirakı ilə görüş keçirilib. “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda keçirilən görüşdə Dövlət  Komitəsinin Ailə məsələləri şöbəsinin məsləhətçisi Nərgiz Sədrəddinbəyli çıxış edərək, əhalinin, xüsusilə də uşaq və gənclərin sağlamlığının qorunması istiqamətində qəbul edilən qanunlar, dövlət proqramları, həyata keçirilən tədbirlər barədə danışaraq,yeniyetmə və gənclərin sağlam nəsil kimi yetişməsində bu cür görüşlərin əhəmiyyətini vurğulayıb.

Tədbirdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə İslahatlar Mərkəzinin həkim-metodisti Zümrüd Kazımova reproduktiv sağlamlığın əsas amilləri, erkən nikahların reproduktiv sağlamlığa mənfi təsiri, hamiləliyin süni yol ilə pozulmasının fəsadları haqqında məlumat verib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.