Regionlarda abituriyentlərin və valideynlərin maarifləndirilməsi istiqamətində görüşlər keçirilib

19 aprel 2023

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu-nun əməkdaşlığı çərçivəsində yeniyetmə və gənclərin təhsilə əlçatanlığını təmin etmək, təhsilin əhatə dairəsini genişləndirmək və təhsildə bərabər imkanlar yaratmaq məqsədilə regionlarda fond barədə məlumatlandırma sessiyaları keçirilib.
Komitənin Şüvəlan, Ağdam, Goranboy, Göygöl, Zaqatala, Zərdab, Qəbələ, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin təşkilatçılığı ilə keçirilən görüşlərdə sosial-həssas ailə qruplarından olan və övladları (yaxınları) buraxılış siniflərində təhsil alan şəxslər, məktəblilər, müəllimlər iştirak ediblər.
İştirakçılara Təhsil Tələbə Krediti Fondunun fəaliyyət istiqamətləri, yaratdığı imkanlar, Fonda müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə ətraflı məlumat verilib, sualları cavablandırılıb.