Dövlət Komitəsinin sədri Bahar Muradova akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş konfransla əlaqədar Naxçıvan şəhərinə səfər edib

18 aprel 2023

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş konfransla əlaqədar Naxçıvan şəhərinə səfər edib.

Konfransdan öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad edilib. Daha sonra Heydər Əliyev Muzeyi ziyarət edilib. Ulu öndərin uşaqlıq və gənclik illərini, həyat və fəaliyyətini əks etdirən stendlərə baxış keçirilib.