“Qızlar müzakirəyə qoşulur” layihəsi çərçivəsində növbəti görüş Şamaxıda keçirildi
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin təşəbbüsü ilə Şamaxı rayonunda Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarından olan 14-16 yaşlı qızların iştirakı ilə “Qızlar müzakirəyə qoşulur” adlı silsilə xarakter daşıyan növbəti görüş keçirilib.
Görüş regionlardan olan qızların ictimai fəallığının artırılması, eləcə də təhsildən yayınma və erkən nikahın mənfi fəsadları mövzusunda maarifləndirmə məqsədi daşıyır.
Tədbir zamanı "Stereotiplər", "Kompleks nədir?", "Yeniyetmə dövründə uşaqlarda baş verən fizioloji dəyişikliklər" “Erkən nikahın psixoloji və fizioloji fəsadları”, “Ailədə qızlara qarşı stereotiplərin aradan qaldırılması yolları” istiqamətində iştirakçılara məlumatlar verilib, mövzu ətrafında müzakirələr aparılıb.