Regionlarda sağlam həyat tərzinin təbliği istiqamətində tədbirlər davam etdirilir

7 aprel 2023

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən aparılan uşaq, yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, narkomaniya və digər zərərli vərdişlərin mənfi təsirləri mövzusunda maarifləndirmə işlərinin davamı olaraq aidiyyəti qurumların dəstəyi ilə 5-7 aprel 2023-cü il tarixlərində Şüvəlan, Ağdam, Saatlı, Göygöl UADM-ləri təhsil müəssisələrində maarifləndirici görüşlər keçirilib.

İştirakçılara sağlam həyat tərzinin əhəmiyyəti, gigiyena vasitələrindən düzgün istifadə qaydaları barədə danışılıb, məktəblilərə zərərli vərdişlərdən uzaq olmaq tövsiyə edilib, mövzu ilə əlaqəli təqdimatlar nümayiş olunub və şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Zərdab UADM-də isə sərbəst güləş idman növü üzrə uşaq və yeniyetmələr arasında rayon birinciliyi keçirilib, qaliblər hədiyyə və diplomla təltif ediliblər.

Tədbirlərdə UADM-lərin və aidiyyəti qurumların əməkdaşları, mərkəzlərin ekspert qruplarının üzvləri, məktəblərin müəllim və şagird kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirlərdən ümumilikdə 378 nəfər bəhrələnib.