İnternetdən təhlükəsiz istifadə ilə bağlı məktəblilərin məlumatlandırılması məqsədilə növbəti təlim keçirildi

7 aprel 2023

Paylaş:

07 aprel 2023-cü il tarixində Suraxanı rayonu, 118 nömrəli məktəbin 7-8-ci sinif şagirdləri üçün “İnternetdən təhlükəsiz istifadə üçün maariflənək” mövzusunda təlim keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilən təlimin məqsədi internet platformasından və sosial şəbəkələrdən düzgün və təhlükəsiz istifadə bacarıqlarını inkişaf etdirmək, şəxsi məlumatların qorunmasını təmin etmək, bu sahədə hüquqi tənzimlənmə barədə məktəbliləri məlumatlandırmaqdır.

118 nömrəli məktəbin direktoru Nizaməddin Ağcayev çıxış edərək, uşaqları əhatə edən mövzularla bağlı maarifləndirmə tədbirlərinin vacibliyini qeyd edib və bütün regionları əhatə etməklə davamlı olmasını əhəmiyyətini vurğulayıb.

Daha sonra çıxış edən Komitə nümayəndələri Sevil Rəsulzadə və Qeys Ağalarov internetin zərərli təsirləri və ondan qorunma üsulları, uşaqların üzləşdiyi kibertəhlidlərlə mübarizə, şəxsi məlumatların qorunması yolları və sosial şəbəkələrdə diqqət edilməli məqamlar, bu istiqamətdə valideyn və müəllimlərlə məsləhətləşmənin vacibliyi barədə ətraflı məlumatlar verib.

Eyni zamanda uşaqlara Dövlət Komitəsi tərəfindən hazırlanmış məlumatlandırıcı qeyd dəftərləri və bukletlər paylanılıb.