Dövlət Komitəsi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi ilə Bakı şəhəri 112 nömrəli tam orta məktəbdə tədbir keçirilmişdir
Paylaş:
Sabunçu rayonu, Pirşağı qəsəbəsində “Susma, səsini eşitdir!” adlı layihə çərçivəsində 16 mart 2023-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi ilə Bakı şəhəri 112 nömrəli tam orta məktəbdə tədbir keçirilmişdir.
Tədbirin əsas məqsədi məktəblilər arasında məişət zorakılığı, erkən nikah və təhsildən yayınma halları və onların fəsadları ətrafında maarifləndirici işlərin genişləndirilməsidir. “Susma, səsini eşitdir!” adlı layihə çərçivəsində təşkil edilmiş tədbirdə ilk olaraq uşaqların hazırladıqları rəsmlərə baxış keçirilmiş, bu istiqamətdə uşaqların iştirakı ilə təşkil edilmiş bəddi hissə nümayiş etdirilmiş, daha sonra rəsmi qonaqların mövzü ətrafında çıxışları dinlənilmişdir.
Sonda tədbir zamanı fəallığı ilə seçilən uşaqlar təltif edilmiş və xatirə şəkli çəkilmişdir.