Hökumət-BMT Birgə İstiqamətləndirici Komitənin iclası keçirilib

15 mart 2023

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva “2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrası üzrə Hökumət-BMT Birgə İstiqamətləndirici Komitənin iclasında iştirak edib.

Tədbirdə Çərçivə Sənədinin 2023-cü il üzrə icrası üçün Birgə İş Planları müzakirə edilərək təsdiq edilib və maliyyə ili üçün büdcə prosesi və strateji istiqamətlər müəyyən olunub.

Tədbir çərçivəsində Sənədin icrası üzrə 5 istiqamətdə Nəticə Qruplarının həmsədrləri tərəfindən 2022-ci ilin yekunları və 2023-cü ilin prioritet istiqamətləri üzrə təqdimatlar edilib.

Qeyd edək ki, Çərçivə Sənədinin icrası üzrə Hökumət və BMT-nin ixtisaslaşmış qurumlarının ölkəmizdə fəaliyyət göstərən nümayəndələrindən ibarət Hökumət-BMT Birgə İstiqamətləndirici Komitə və Sənədin prioritet sahələri üzrə 5 istiqamətdə Nəticə Qrupları formalaşdırılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Gender bərabərliyinə əsaslanan cəmiyyət adlı Nəticə Qrupunun həmsədridir.