Bakı Ali Neft Məktəbində “Məişət zorakılığına YOX deyək!” adlı tədbir keçirilib

15 mart 2023

Paylaş:

“Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın 12.2.6-cı “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə mövzusunda ali təhsil və peşə təhsili müəssisələrində mühazirə və seminarların təşkili” bəndinə uyğun olaraq həyata keçirilən tədbirlərin davamı kimi 13 mart 2023-cü il tarixdə Bakı Ali Neft Məktəbində tələbələrlə görüş keçirilib.

Təhsil Nazirliyinin dəstəyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən görüşdə 60-dan çox tələbə iştirak edib. Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşları Rafiq Mahmudov və Səmra Əliyeva görüşdə çıxış edərək, tələbələrə zorakılıq, məişət zorakılığı, məişət zorakılığının növləri, müdafiə mexanizmləri, eyni zamanda ölkəmizdə məişət zorakılığı ilə mübarizə istiqamətində mövcud qanunvericilik aktları və həyata keçirilən tədbirlər barədə məlumat veriblər.

Görüşdə “Özümüzü məişət zorakılığından necə qorumalıyıq?” adlı təqdimat, “Azərbaycan ailəsi” film festivalına təqdim edilmiş “Affekt”, “Onlardan biri mənəm” filmləri və mövzu ilə bağlı məlumatlandırma posteri tələbələrə nümayiş etdirilib.

Sonda tələbələrin sualları cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.