21 Mart - Dünya Daun Sindromu Gününə həsr olunmuş yaz düşərgəsi təşkil olunub
Paylaş:
Valideynlərlə görüş keçdiyi müddətdə mütəxəssislər tərəfindən uşaqlar üçün müxtəlif inkişafetdirici oyunlar və animatorun iştirakı ilə əyləncə proqramı təşkil edilib. Eyni zamanda uşaq və valideynlərin iştirakı ilə idman meydançasında müxtəlif oyunlar və düşərgənin kitabxanasında nağıl saatı təşkil edilib. Valideynlər övladları üçün inkişafetdirici kitablardan hekayələr oxuyublar.
Qeyd edək ki, düşərgədə təşkil edilmiş təlimlər, inkişafetdirici oyunlar, ekskursiyalar, əyləncə proqramları 16 mart tarixinə qədər davam etdiriləcək.