Dövlət Komitəsində Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib

8 mart 2023

Paylaş:

Tədbirdə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova, qadınları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Dünya miqyasında qeyd edilən bu günün tarixindən bəhs edən sədr əlavə edib ki, məhz bu gün qadın hüquqlarının müəyyən olunması, onların qorunması və gender bərabərliyinə nail olunması məsələsi bütün dünyanın gündəliyində dayanır.

O, müstəqil Azərbaycanın inkişafının bünövrəsində dayanan dahi şəxsiyyət kimi Ulu öndər Heydər Əliyevin xatirəsinin müstəqil dövlətimizin quruculuğu yolunda göstərdiyi fədakarlıq qarşısında hər zaman ehtiramla yad edildiyini bildirib. Qeyd edib ki, bu illər ərzində onun xalqa xidməti, həm də qadınlarımızın həyatında özünü real şəkildə göstərib.

Heydər Əliyevin qoyduğu ənənənin bu gün cənab Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini diqqətə çatdıran B.Muradova, hər il ölkə başçısının Sərəncamı ilə qadınların təltif edilməsinin onları gələcəyə ruhlandırdığını əlavə edib.

Xanımların dövlətimizin, o cümlədən təmsil etdikləri qurumların inkişafında xüsusi rola malik olduğunu bildirən Komitə sədri, qadın əməkdaşların dövlətçilik naminə xidmətlərinin önəmini vurğulayıb. Bildirilib ki, müstəqil bir dövlətin öz hüquqlarından faydalanan, onların yerinə yetirilməsinə öz töhfəsini verən və bu prosesin bərabərhüquqlu üzvü olduğunu hiss edən Azərbaycan qadını bu bayramı məhz müstəqillik dönəmində daha çox mahiyyəti hiss etməyə başladı.

Ölkəmizin hər bir sahədə uzun bir inkişaf yolu keçdiyini qeyd edən B.Muradova, qadınların fədakar əməyinə və cəmiyyətdəki roluna hər zaman çox böyük qiymət verildiyini qeyd edib. Bildirib ki, bu gün Azərbaycan qadını həm ailəsi, həm dövləti üçün faydalı bir insana çevrilib.

Sonda xatirə fotosu çəkdirilib.