Dövlət Komitəsi tərəfindən uşaqlar ziyarət edilib

24 fevral 2023

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaq hüquqlarının müdafiəsi, onlar üçün bərabər hüquq və imkanların yaradılması, uşaqların cəmiyyətə inteqrasiyası və problemlərinin həlli istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir.

Bununla əlaqədar olaraq, Dövlət Komitəsi Milli Onkologiya Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara mənəvi dəstək olmaq, onlara xoş əhval-ruhiyyə bəxş etmək üçün Mərkəzin Uşaq Onkoloji Klinikasında müalicə alan 60 uşağa mövcud karantin rejiminin tələbləri nəzərə alınmaqla hədiyyələr paylanılmışdır.