UADM-lar tərəfindən psixoloq, sosial işçi və hüquqşünasların iştirakı ilə növbəti “açıq qapı” günü keçirilib
Paylaş:
23 fevral 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən psixoloq, sosial işçi və hüquqşünasların iştirakı ilə növbəti “açıq qapı” günü keçirilib.
“Açıq qapı” günündə vətəndaşlar həm Mərkəzlərdə, həm də UADM-lərin fəaliyyət göstərdiyi bəzi rayonlarda - Ağdam rayonunun İmamqulubəyli, Goranboy rayonunun Nadirkənd, Göygöl rayonunun Mollacəlilli, Hacıqabul rayonunun Qızılburun, İsmayıllı rayonunun Kürdmaşı, Saatlı rayonunun Dəllər, Zaqatala rayonunun Muğanlı, Zərdab rayonunun Dəkkəoba kənd və qəsəbələrində səyyar şəkildə keçirilib.
Qəbul zamanı vətəndaşlar tərəfindən daxil olan müraciətlər arasında ailədaxili münasibətlərin tənzimlənməsi, uşaq inkişafı, uşaqla ünsiyyət, psixoloji və sosial xidmət, məişət zorakılığı, aliment, müayinə, müalicə, hüquqi yardım, sosial müavinətlər, məşğulluq, əlilliyi olan şəxslərə dəstək, həmçinin UADM-lərin xidmətlərindən istifadə (aktiv terapiya, psixoloji konsultasiya, ünsiyyət terapiyası, inkişafetdirici məşğələ) kimi məsələlər yer alıb.
“Açıq qapı” günündə müxtəlif problemlərlə bağlı 125 müraciət dinlənilib və onların həlli istiqamətində vətəndaşlara müvafiq dəstək göstərilib