Beynəlxalq Daun Sindromu Günü ilə əlaqədar tədbir keçirilmişdir
Paylaş:
21 mart bütün dünyada Beynəlxalq Daun Sindromu Günü kimi qeyd edilir. Azərbaycanda da bu günün qeyd edilməsi artıq ənənə halını almışdır.
Bu tədbirlərin davamı olaraq Ailə, Qadın və Uşaq Problemləri uzrə Dövlət Komitəsi tərəfindən Daun sindromlu uşaqlara mənəvi yardım göstərmək, onlara şən əhval ruhiyyə bəxş etmək, asudə vaxtlarının səmərəli təşkili məqsədilə 17 mart 2015-ci il tarixində saat 11:00-da Park Bulvar Ticarət Mərkəzinin “Happy Land” uşaq əyləncə və oyun məkanında tədbir keçirilmişdir.Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Dəcəllər” Daun Sindromlu Şəxslərin Assosiasiyası ilə birgə hər il bu günü qeyd edir.
Tədbirdə 50-yə yaxın Daun sindromlu uşaq iştirak etmişdir