Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İctimai Şuranın yeni tərkibinin formalaşdırılması üçün namizədlərin qəbulunu elan edir
Paylaş:
Dövlət Komitəsi yanında İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülməsi prosesinə 7 fevral 2023-cü il tarixindən başlanılacaq.
Komitə yanında İctimai Şuraya üzv seçilmək üçün namizədlərin sənədləri hər bir vətəndaş cəmiyyəti orqanından bir nəfər olmaqla martın 10-dək Komitənin seçki komissiyasına təqdim olunmalıdır.
İctimai Şuranın üzvlüyünə irəli sürülən namizəd aşağıdakı sənədləri təqdim etməlidir:
1. İctimai Şurada üzvlüyə namizədin irəli sürülməsi barədə müraciət (telefon və elektron poçt ünvanı göstərilməklə);
2. namizədin şəxsiyyət vəsiqəsinin surəti;
3. namizədin tərcümeyi-halı;
4. namizəd vətəndaş cəmiyyəti institutunun üzvü olduqda, həmin üzvlüyü təsdiq edən sənədin surəti;
5. şəxsin müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək digər sənədlər)
Sənədlərin qəbulu və baxılması
Namizədlərin və seçicilərin qeydiyyatı məsələsinə seçki komissiyası tərəfindən baxılır. Tələb olunan sənədlərdən əlavə vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumat verən digər sənədlər də təqdim edilə bilər.
Namizədlər qeyd olunan sənədləri 2023-cü il 7 fevral - 10 mart tarixləri arasında, iş günləri saat 10:00-dan 17:00-dək Dövlət Komitəsinə şəxsən təqdim edə və ya informasiya.aqupdk@scfwca.gov.az elektron ünvan vasitəsilə onlayn formada müraciət edə bilər.
Əlavə məlumat üçün Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinə (tel: 012 498-80-93) müraciət edə bilərsiniz.