Dövlət Komitəsi və Regional İnkişaf İctimai Birliyi arasında əməkdaşlıq çərçivəsində görüş keçirilib

25 yanvar 2023

Paylaş:

25 yanvar 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Regional İnkişaf İctimai Birliyi arasında əməkdaşlıq çərçivəsində görüş keçirilib.

Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyevanın iştirakı ilə keçirilən görüşdə uşaq hüquqlarının müdafiəsi, uşaq iştirakçılığının artrılması, qanunvericiliyə təkliflərin hazırlanması, həssas kateqoriyadan olan uşaqlara psixoloji dəstəyin göstərilməsi, valideyn himayəsindən məhrum olmuş uşaqların cəmiyyətə inteqrasiyası və digər məsələlər ilə bağlı 2023-cü ilə dair əməkdaşlıq istiqamətində görüləcək işlər və birgə layihələr müzakirə edilib.