BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası üzrə Azərbaycan Hökumətinin beşinci və altıncı birgə dövri məruzəsinin ikinci raundu keçirildi

24 yanvar 2023

Paylaş:

24 yanvar 2023-cü il tarixində Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsinin İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən 92-ci sessiyasında Azərbaycan Hökumətinin BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası üzrə beşinci və altıncı birgə dövri məruzəsinin ikinci raundu keçirilib.

Sessiyada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən Konvensiya üzrə 7-10-cu klasterlər və Fakültativ Protokollar üzrə hesabat təqdim edilib.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsinin ekspertlərinin sualları Azərbaycan nümayəndə heyəti tərəfindən cavablandırılıb.

Konvensiyanın 7-10-cu maddələrinə uyğun olaraq, əlillik, sağlamlıq və rifah, təhsil, asudə vaxt və mədəni fəaliyyət, xüsusi müdafiə tədbirləri üzrə məlumatlar təqdim edilib.

Eyni zamanda “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının Uşaq alverinə, uşaq fahişəliyinə və uşaq pornoqrafiyasına dair Fakültativ Protokolunun və Uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair Fakültativ Protokolunun icrası istiqamətində məruzə ilə çıxışlar edilib.