Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyasını dəstəkləyən influenserlərlə görüş keçirilib
Paylaş:
Görüş zamanı influenserlərin köməyi ilə kampaniya çərçivəsində ötürülən mesajların daha geniş auditoriyaya çatdırıldığı qeyd edilib və gender əsaslı zorakılıqla mübarizəyə dair fikir mübadiləsi aparılıb.
BMT-nin Rezident Əlaqələndiricisi Ofisinin rəhbəri Kanako Mabuçi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Fərid Ədilovun iştirak etdiyi görüşün sonunda influenserlərə təşəkkür sertifikatları təqdim olunub.
Qeyd edək ki, gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyası Dövlət Komitəsi və BMT-nin Azərbaycandakı nümayəndəliyi ilə birgə həyata keçirilib. Kampaniya çərçivəsində Azərbaycanın 16 rayonunda maarifləndirici tədbirlər təşkil olunub.