Qeyri hökümət təşkilatları üçün təlim keçirilib

14 dekabr 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu ilə birgə əməkdaşlıq çərçivəsində narkomaniya ilə mübarizə sahəsində peşəkarlığın artırılması məqsədilə qeyri-hökümət təşkilatlarının nümayəndləri üçün təlim keçirilib.

Tədbirin mahiyyəti haqqında çıxış edən Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Həsən Əliyev Komitə tərəfindən mütəmadi olaraq həyata keçirilən maarifləndirmə işlərindən danışıb.

İşçi Qrupu rəhbərinin müavini Tanrıverdi Aydınov və İşçi Qrupun əməkdaşı Şahin İsmayılov təqdimatla çıxış edərək, narkomaniya ilə mübarizə yolları və nəticələri barədə ətraflı məlumat veriblər.

Tədbir müzakirələrlə davam edib.