Növbəti “açıq qapı” günü keçirilib

16 dekabr 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM), o cümlədən İcma Resurs və Qadın Resurs Mərkəzlərində psixoloq, sosial işçi və hüquqşünasların iştirakı ilə növbəti “açıq qapı” günü keçirilib.

“Açıq qapı” günü UADM-lərin fəaliyyət göstərdiyi rayonlardan - Ağdam rayonunun Birinci Dördyol, Hacıqabul rayonunun Qarasu, Göygöl rayonunun Çaykənd, Qəbələ rayonunun Həmzəlli, Goranboy rayonunun Zeyvə, Sabirabad rayonunun Qaratəpə, Zaqatala rayonunun Çobankol, Zərdab rayonunun Məlikumudlu kənd və qəsəbələrində səyyar şəkildə keçirilib.

Müraciətlər arasında UADM-lərin xidmətlərindən istifadə (aktiv terapiya, psixoloji konsultasiya, ünsiyyət terapiyası, inkişafetdirici məşğələ), ailədaxili münasibətlərin tənzimlənməsi, uşaqla ünsiyyət, uşaq inkişafı, psixoloji və sosial xidmət, məişət zorakılığı, aliment, müayinə, müalicə, hüquqi yardım, sosial müavinətlər, məşğulluq, əlilliyi olan şəxslərə dəstək və s. kimi məsələlər yer alıb.

“Açıq qapı” günündə müxtəlif problemlərlə bağlı 246 müraciət dinlənilib, onların həlli istiqamətində vətəndaşlara müvafiq dəstək göstərilib.