“Təbiətin qoruyucuları” adlı ağacəkmə aksiyası həyata keçirilib
Paylaş:
14 dekabr 2022-ci il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə əməkdaşlığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 2 internat məktəbində ağacəkmə aksiyası həyata keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nigar Həmzəyevanın iştirakı ilə Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbi və Xəzər rayonu Türkan qəsəbəsində yerləşən E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinin şagirdləri ilə birgə məktəblərin həyatyanı sahələrində ağaclar əkilib.
Aksiyanın əsas məqsədi təbiətin mühafizəsinə xüsusən gənc nəslin cəlb edilməsi, ekoloji istiqamətdə maarifləndirmənin aparılması və ekoloji mədəniyyətin əsasını qoymaqdır.
“Təbiəti qorumaq VƏTƏNİ qorumaq deməkdir” şüarı ilə həyata keçirilən aksiyada Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dərin ehtiram əlaməti olaraq, 50 şagirdin iştirakı ilə 170 ağac əkilib.