Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar bölgələrdə tədbirlər keçirilib

13 dekabr 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Goranboy, Göygöl, Sabirabad, Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar bölgələrdə tədbirlər keçirilib.

Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib və abidənin qarşısına gül dəstələri qoyulub.

Tədbirlərdə UADM-lərin, Heydər Əliyev Mərkəzlərinin, rayon Gənclər Evinin, rayon Tarix - Diyarşünaslıq muzeyinin əməkdaşları və məktəblilər iştirak edib.

Sonra iştirakçılara Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyəti, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətləri, böyük xilaskarlıq missiyası haqqında məlumatlar verilib.

Anım tədbirlərində məktəblilərin ifasında Ulu Öndərə həsr olunmuş şeirlər səsləndirilib, Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.

Eyni zamanda Ulu Öndərin həyat və yaradıcılığından bəhs edən sərgiyə baxış keçirilib.