9 dekabr Beynəlxalq Soyqırımı Cinayəti Qurbanlarının Xatirəsini Anma Günüdür
Paylaş:
Bu gün 1948-ci ildə “Soyqırımı cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması” haqqında Konvensiyanın qəbul edilməsi ilə bağlı seçilib. Onun keçirilməsindən məqsəd soyqırımı qurbanlarının xatirəsini anmaqla yanaşı, dünya ictimaiyyətinin diqqətini bu ağır cinayətin təqsirkarlarının cəzalandırılması və onların qarşısının alınması məsələlərinə cəlb etməkdir.
Təəssüf ki, Ermənistanın uzun illər həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır cinayətlərin qurbanı olmuşdur.
Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilmiş və Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir