Dövlət Komitəsinin sədri Bahar Muradova Biləsuvar rayonunda vətəndaşları qəbul edib

6 dekabr 2022

Paylaş:

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə əsasən, 6 dekabr 2022-ci il tarixində Bahar Muradova Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Biləsuvar, Cəlilabad və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edib, ərizə, müraciət və təkliflərinə baxıb.

Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edilib, önünə gül dəstələri qoyulub, Ulu öndərin xatirəsi ehtiramla yad olunub.

Qəbulda iştirak edən vətəndaşlar əsasən ailə məsələlərinə dair hüquqi dəstək, uşaqla ünsiyyət, işlə təmin olunma və bir sıra digər məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşların Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid müraciətləri Komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Qeyd edək ki, müraciət edənlərin bəziləri Biləsuvar Qadın Resurs Mərkəzinin təlimlərinə cəlb olunacaq.