Uşaq və Ailələrə Dəstək Mərkəzləri Beynəlxalq Əlilliyi olan Şəxslər Günündə həssas təbəqədən olan insanlara dəstək olub

4 dekabr 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Göygöl, Goranboy, Zərdab, Zaqatala, İsmayıllı, Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) 3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günündə qayğıya ehtiyacı olanların yanında olub.

Rayon ərazisində yaşayan həssas təbəqədən olan insanların ailələrinə səfərlər təşkil edilib, ehtiyaclarına uyğun olaraq onlara hədiyyələr verilib, evlərində və həyatyanı sahələrində abadlıq işləri aparılıb. Eyni zamanda sağlamlıq imkanları məhdud uşaqların valideynləri üçün səmərəli asudə vaxt təşkil edilib.