Uşaq və Ailələrə Dəstək Mərkəzləri Beynəlxalq Əlilliyi olan Şəxslər Gününü uşaqlarla qeyd edib

5 dekabr 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Göygöl, Goranboy, Zərdab, Zaqatala, İsmayıllı, Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) 3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Gününü sevgi və qayğı ilə qeyd edib.

Mərkəzlərin xidmətlərindən bəhrələnən xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələrinə səfər edilib. Eyni zamanda aidiyyəti dövlət qurumları, idarə, təşkilat və müəsissələrlə birlikdə uşaqlar üçün musiqili, əyləncəli proqramlar, əl işlərindən ibarət sərgilər təşkil edilib. Uşaqlara nağıllar oxunub, hədiyyələr təqdim edilib