Dövlət Komitəsinin sədri Bahar Muradova Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək

2 dekabr 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 6 dekabr 2022-ci il tarixində, saat 11:00-da Biləsuvar rayon Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək.

Qəbulda Biləsuvar, Cəlilabad və Cəbrayıl rayon sakinlərinin ərizə, müraciət və təkliflərinə baxılacaq.