“Ayrı-seçkilik zorakılığa bir addımdır. Qadınlara və qızlara qarşı zorakılığa son!” mövzusunda görüş keçirilib

1 dekabr 2022

Paylaş:

Neftçala Qadın Resurs Mərkəzi tərəfindən Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq Kampaniyası çərçivəsində Neftçala Rayon Gənclər və İdman İdarəsi ilə birgə keçirilən görüşdə yeniyetmə və gənclər iştirak edib.

Görüşdə ailələrdə gender bərabərliyi, mövcud problemlər, bu sahədə beynəlxalq və yerli səviyyədə qəbul edilən normativ hüquqi aktlar haqqında ətraflı məlumat verilib.

Eyni zamanda mövzuya uyğun videoçarx nümayiş olunub. Sonda iştirakçıların sualları cavablandırılıb.