Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşlarla görüşüb
Paylaş:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər.
Tərtib edilən qəbul cədvəlinə uyğun olaraq, Dövlət Komitəsinin sədri Bahar Muradova 1 dekabr 2022-ci il tarixində Ağdaş rayon Heydər Əliyev Mərkəzində Ağdaş və Göyçay rayonlarından olan vətəndaşları qəbul edib, ərizə, müraciət və təkliflərinə baxıb.
Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Qəbulda iştirak edən vətəndaşların müraciətləri ailə məsələlərinə dair hüquqi dəstək, uşaqların müalicəsi və bir sıra digər məsələlərlə bağlı olub.
Vətəndaşların Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid müraciətləri Komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə dinlənilib, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.