Komitə əməkdaşlarına təlimlər keçirilib

30 noyabr 2022

Paylaş:

29-30 noyabr 2022-ci il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları üçün dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində peşəkarlığın artırılması və rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi ilə bağlı təlimlər keçirilib.

“Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”sının 8.9.3-cü və 8.2.2-ci bəndlərinin icrası məqsədilə keçirilən təlimlərdə Dövlət İmtahan Mərkəzinin nümayəndələri tərəfindən dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları, insan resurslarının idarə edilməsində səmərəlilik, rəhbər və işçi münasibətləri, həvəsləndirmə və s. barədə məlumatlar verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.