Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən növbəti “Açıq qapı” günü keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Göygöl, Goranboy, İsmayıllı, Qəbələ, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən psixoloq, sosial işçi və hüquqşünasların iştirakı ilə növbəti “Açıq qapı” günü keçirilib.
“Açıq qapı” günü Ağdam rayonunun Çəmənli, Goranboy rayonunun Yeniyol, Göygöl rayonunun Çaykənd, Hacıqabul rayonunun Muğan, İsmayıllı rayonunun Basqal, Qəbələ rayonunun Nic, Saatlı rayonunun Nəsimikənd, Sabirabad rayonunun Kürkəndi, Zərdab rayonunun Kəndəbil kənd və qəsəbələrində səyyar şəkildə keçirilib.
Müraciətlər arasında UADM-lərin xidmətlərindən istifadə (aktiv terapiya, psixoloji konsultasiya, ünsiyyət terapiyası, inkişafetdirici məşğələ), ailədaxili münasibətlərin tənzimlənməsi, uşaqla ünsiyyət, uşaq inkişafı, psixoloji və sosial xidmət, məişət zorakılığı, aliment, müayinə, müalicə, hüquqi yardım, sosial müavinətlər, məşğulluq, əlilliyi olan şəxslərə dəstək və s. kimi məsələlər yer alıb.
“Açıq qapı” günündə müxtəlif problemlərlə bağlı 142 nəfər vətəndaşın müraciəti dinlənilib, tövsiyələr verilib, bəzi müraciətlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub.
Qeyd edək ki, növbəti ayda da “Açıq qapı” gününün keçirilməsi nəzərdə tutulub və bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmi internet saytında və sosial şəbəkə hesablarında məlumat veriləcəkdir.