Dövlət Komitəsinin sədri Bahar Muradova Ağdaşda vətəndaşları qəbul edəcək

23 noyabr 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1 dekabr 2022-ci il tarixində, saat 11:00-da Ağdaş rayon Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək.

Qəbulda Ağdaş və Göyçay rayon sakinlərinin ərizə, müraciət və təkliflərinə baxılacaq.