Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Ofisinin Regional Direktoru Daniel Myui ilə görüşü keçirilib

22 noyabr 2022

Paylaş:

Qonaqları salamlayan sədr müavini Sədaqət Qəhrəmanova qadınların iqtisadi səlahiyyətləndirilməsi, məşğulluq imkanlarının artırılması, kiçik və orta sahibkarlar arasında onların sayının artırılması, əmək bazarında iştirakı üçün şəraitin yaradılması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib.

Dövlət Komitəsi ilə birgə həyata keçirilən “Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin artırılması” layihəsinə diqqət çəkən S.Qəhrəmanova onun Azərbaycanda qadınların, xüsusən də yoxsul və sosial cəhətdən təcrid olunmuş qadınların iqtisadi səlahiyyətləndirilməsindəki əhəmiyyətindən bəhs edib.

Layihə çərçivəsində birgə fəaliyyəti yüksək qiymətləndirən sədr müavini,  ötən illər ərzində qadınların iqtisadi imkanlarının artırılması üzrə müsbət nəticələrin əldə edildiyini vurğulayıb.

Görüş çərçivəsində mümkün əməkdaşlıq imkanları və fəaliyyət perspektivləri müzakirə edilib.

Görüşdə Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Fərid Ədilov və İsveçrə Əməkdaşlıq Ofisinin Regional Direktoru Alberto Hernandes də iştirak edib.