Daşkənd şəhərində “Erkən uşaqlıq dövründə qayğı və təhsil” mövzusu üzrə beynəlxalq Konfrans təşkil olunub
Paylaş:
14-16 noyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Erkən uşaqlıq dövründə qayğı və təhsil” mövzusu üzrə beynəlxalq Konfrans təşkil olunub. Konfransda Azərbaycan nümayəndə heyətinin tərkibində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova təmsil edir.
Müxtəlif ölkələrdən 1500-dən çox iştirakçının cəlb olunduğu tədbirin məqsədi məktəbəqədər təhsilin təmin edilməsi, bu sahədə təcrübə mübadiləsi və əməkdaşlıq münasibətlərinin müzakirəsidir.