Dövlət Komitəsinin sədri Bahar Muradova Türkiyədə səfərdədir

3 noyabr 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə Respublikasının ailə və sosial xidmətlər naziri xanım Dərya Yanıkın dəvəti ilə Türkiyə Respublikasına işgüzar səfəri başlayıb.

Səfərin məqsədi 4-5 noyabr 2022-ci il tarixlərində Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin koordinasiyasında İstanbulda “Mədəni kodlar və Qadın” mövzusunda keçiriləcək V Beynəlxalq Qadın və Ədalət Zirvəsində iştirak etməkdir.

Səfər çərçivəsində Türkiyə ilə Azərbaycan arasında ailə, qadın və uşaq məsələləri üzrə əməkdaşlıq sahəsində Fəaliyyət Planının imzalanması da nəzərdə tutulub.