Gender siyasəti mövzusunda mühazirə keçirilib
Paylaş:
31 oktyabr 2022-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında "Azərbaycan hökumətinin gender siyasəti” və “Azərbaycanda gender əsaslı zorakılıq, problemlər və həll yolları” mövzularında mühazirə keçirilib.
“Həmkarlar İttifaqı liderinin imici. Uğurlu qadın: həyat yoldaşı, ana, rəhbər” proqramı çərçivəsində təşkil edilən mühazirədə həmkarlar ittifaqı komitə sədrləri və həmkarlar ittifaqı gender problemləri komissiya sədrləri iştirak edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin əməkdaşları Sevinc Məmmədova və Aytəkin Hacıyeva tərəfindən aparılan mühazirədə gender bərabərliyi və qadın hüquqları istiqamətində həyata keçirilən tədbirlər, dövlət qadın siyasəti, bu sahədə qanunvericilik bazası, uğurlu və fəal qadın modeli üzrə təqdimat nümayiş etdirilib.
Eyni zamanda cəmiyyətdə mövcud olan gender stereotipləri və gender əsaslı zorakılıq haqqında məlumatlar diqqətə çatdırılıb.
Mühazirənin sonunda müvafiq mövzular ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.