Heydər Əliyev Mərkəzində "Çağırışın 17 siması" adlı fotosərgi açılıb

30 oktyabr 2022

Paylaş:

Heydər Əliyev Mərkəzində BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovayanın təşəbbüsü, Heydər Əliyev Fondunun, İsveçrə Qadın və Gücləndirmə Assosiasiyasının (Association of Swiss Women & Empowerment) dəstəyi ilə “Çağırışın 17 siması” (“17 Faces of Action”) adlı fotosərgi açılıb.

Sərgidə 17 dayanıqlı inkişaf məqsədini dəstəkləmək məqsədilə Azərbaycanın müxtəlif bölgələrində yaşayan, fərqli sahələrdə nailiyyətlər əldə edən 17 azərbaycanlı qadının portreti və ölkəmizin dəyərləri, tarixi, müasir inkişafı “Uğur hekayəsi”, “Başqalarına kömək etməkdən çəkinməyin”, “Sülh simvolu”, “Yalnız irəli!” və digər bölmələrdə təqdim edilir.

Layihə ilk dəfə olaraq Azərbaycanda həyata keçirilib və 2022-2023-cü illər ərzində dünyanın daha 16 ölkəsində reallaşdırılacaq.