"Rəqəmsal bacarıqlar və uşaq hüquqları" üzrə təlim keçiriləcək

27 oktyabr 2022

Paylaş:

BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən 20 Noyabr - Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş tədbirlər çərçivəsində 15-16 noyabr tarixlərində Heydər Əliyev Mərkəzində “Rəqəmsal bacarıqlar və uşaq hüquqları” mövzusunda təlim təşkil ediləcək.

Təlimin məqsədi yeniyetmələrin internet platformasından və sosial şəbəkələrdən düzgün istifadə bacarıqlarını inkişaf etdirmək, onları uşaq hüquqları haqqında məlumatlandırmaqdır.

Beynəlxalq və yerli mütəxəssislər tərəfindən keçiləcək təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.

 Təlimə qoşulmaq istəyən 14-18 yaşarası hər kəs http://bitly.ws/vPbo qeydiyyatdan keçə bilər.