Sabunçu Gənclər Evində “Erkən nikahın və qohumlar arasında nikahın fəsadları” mövzusunda tədbir keçirilib

26 oktyabr 2022

Paylaş:

26 oktyabr 2022-ci il tarixində Sabunçu Gənclər Evində “Erkən nikahın və qohumlar arasında nikahın fəsadları” mövzusunda tədbir keçirilib

Tədbirdə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva, eyni zamanda, müxtəlif dövlət orqanlarının nümayəndələri, ümumtəhsil müəssisələrinin rəhbərləri, məktəblilər, tələbə və valideynlər iştirak edib.

Çıxış edən qonaqlar da erkən nikah və qohumlar arasında nikah hallarının gənclərin həyatında törətdiyi fəsadlardan söz açaraq və bu halların qarşısının alınması istiqamətində aidiyyəti qurumlar tərəfindən görülmüş işlər barədə ətraflı məlumat verərək ümumilikdə cəmiyyəti bu kimi mövzulara həssas yanaşmağa və birgə mübarizə aparmağa səsləyiblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.