Komitə əməkdaşlarına təlim keçirilib
Paylaş:
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013–2018-ci illər üçün Dövlət Proqramı”nın 4.1.19-cu bəndinə əsasən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı çərçivəsində Komitə əməkdaşlarına təlim keçirilib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşları Raqif Allahverdiyev və Şahin İsmayılov tərəfindən narkomaniya ilə mübarizə yolları və nəticələri barədə ətraflı məlumat verilib. Müvafiq mövzuda gənclər arasında maarifləndirmə işlərinin düzgün aparılmasının vacibliyi vurğulanıb, yetkinlik yaşına çatmayan uşaqlara narkomaniya haqqında məlumat verilməsinin həsassılığından danışılıb.
Görüş müzakirələrlə davam edib.