“Erkən nikah və erkən yaşda qızlar tərəfindən uşaqların doğulmasının qarşısının alınmasında bələdiyyələrin rolu” mövzusunda tədbir keçirilib

18 oktyabr 2022

Paylaş:

Oktyabrın 14-də Yardımlı rayon Mədəniyyət Mərkəzində “Erkən nikah və erkən yaşda qızlar tərəfindən uşaqların doğulmasının qarşısının alınmasında bələdiyyələrin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Yardımlı RİH-başçısının müavini Əfsanə Məmmədova, Milli Elmlər Akademiyasının Professoru Rəna Mirzəzadə, HP-Güvən klinikasının klinik psixoloqu Aydan Xasməmmədova və Lənkaran Regional Ədliyyə idarəsinin rəisi Taleh Quliyev iştirak edib.